Avropa Liqası: Millimiz Fransaya qalib gəldi
Qadın voleybolçular arasında Avropa Liqasında start verildi.
Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığması ilk görüşünü Fransa millisinə qarşı keçirib.
Monteneqroda baş tutan görüşdə Faiq Qarayevin yetirmələri rəqibinə set verməyib. İlk hissədə 25:9 hesablı aşkar qələbə qazanan millimiz digər iki setdə çətinliklə üzləşsə də (25:23, 26:24), yekunda qalib gəlməyi bacarıb.
B qrupu
3 iyun
Azərbaycan – Fransa - 3:0 (25:9, 25:23, 26:24)
Hakimlər: Çavdar Marev (Bolqarıstan), Miryana Qaliç (Bosniya və Herseqovina)
Qeyd edək ki, qrupumuzun digər görüşündə ev sahibləri İspaniya ilə oynayacaq.