azia.az
azia.az

Bu gün Avropa Çempionatında 3 oyun keçiriləcək - CƏDVƏL

11-06-2016, 09:25

Bu gün Avropa Çempionatında 3 oyun keçiriləcək - CƏDVƏL Bu gün Avropa çempionatında qrup mərhələsinin daha 3 oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutacaq.

Heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi Albaniya millisi qrupun ən zəif bəndi hesab olunsa da, debütant Fransaya heç də turist kimi yollanmadığını sübut etməyə çalışacaq. Əsas favoritin meydan sahibi Fransa olduğu qrupda Rumıniya ilə ikincilik mübarizəsi aparması gözlənilən İsveçrə isə ilk oyunu itkisiz keçərək üstünlüyü ələ keçirmək istəyir.

Günün digər iki oyununda isə B qrupunda mübarizə aparan komandalar qarşılaşacaqlar. Əvvəlcə Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsində iştirak edən 24 komanda arasında ortabablardan hesab olunan iki komandanın oyunu maraqla gözlənilir. Britaniyalıların heyətində Qaret Beylin, Slovakiyada isə Marek Hamşikin çıxışı nəticədə həlledici ola bilər. Əsasən ikinciliyi hədəfləyən komandalar bunun üçün biri digərini keçməli olacaq.

İkinci oyun gününün son görüşündə isə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkəcək. Roy Hocsonun yetirmələri iddiasını göstərmək üçün Şimal qonşularımızı xalsız qoymalıdır. Turnirin yaş ortalamasına görə ən gənc heyətinə malik olan ingilislər ilk turu itkisiz keçməyi hədəfləyir. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməlidir.

Avropa çempionatı
Qrup mərhələsi
11 iyun

A qrupu

17:00. Albaniya – İsveçrə

Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Jil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Pol van Bokel (Hollandiya)
Ehtiyat yan xətt hakimi: Ervin Zeinstra (Hollandiya)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Lans. “Bollerts-Delelis” stadionu

B qrupu

20:00. Uels – Slovakiya

Baş hakim: Sven Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Aqlund, Frank Andaş
Əlavə köməkçi hakimlər: Ken Anri Yonsen, Sven Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutşin (Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus)
Bordo şəhər stadionu


23:00. İngiltərə - Rusiya

Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liverator, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn)
Marsel. “Velodrom” stadionu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi