azia.az
azia.az

Ronaldonun yeni klubu bəlli oldu

12-05-2016, 17:20

Ronaldonun yeni klubu bəlli oldu İspaniyanın “Real” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo mövsümün sonunda komandadan ayrıla bilər. Futbolçu karyerasını PSJ-də davam etdirməyə yaxındı.
Bu barədə onun agenti olan həmyerlisi Xorxe Mendeş xəbər verib. Mendeş Fransa klubunun rəhbərliyi ilə danışıqların ilkin mərhələsinin müsbət nəticələndiyini qeyd edib. Bir müddət əvvəl İngiltərə mətbuatı portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə bağlı yeni хəbər yayıb. İngilislər Portuqaliya millisinin kapitanının yayda "Real"ı tərk edəcəyini bildirib.
İspan və İngilis mətbuatı həmçinin Ronaldonun meneceri Xorxe Mendesin Nasir Əl-Xəlifə ilə Madriddə görüşdüyünü və Mendesin argentinalı Di Mariadan sonra Ronaldonu da PSJ-yə aparmaq üçün şifahi razılığa gəldiyini iddia edib.
Ronaldonun yeni klubunun ərəb şeyxlərinə məxsus PSJ olacağı iddia edilirdi. Ronaldonun Çempionlar Liqasının "Real" - PSJ oyununda Fransa klubunun baş məşqçisi Loran Blana yaхınlaşaraq qulağına nəsə deməsi bu iddiaları daha da gücləndirib. Oyundan sonra isə Ronaldo PSJ-nin prezidenti Nasir Əl-Xəlifə ilə birlikdə görüntülənmişdi.
Cari mövsümdə 31 yaşlı forvard “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 49 qol və 15 məhsuldar ötürməylə yadda qalıb. Ronaldonun “Kral klubu” ilə müqaviləsinin müddəti 2018-ci ilədəkdir. Ronaldonun heyətinə qatmaq istəyən klublara arasında “Mançester Yunayted” və “Çelsi” nin adı daha çox hallanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi