azia.az
azia.az

Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək

21-11-2018, 16:05

Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Qonaq MEK-in Sərgi salonu, Diplomatik fond, Nadir kitab fondu və başqa bölmələrinin fəaliyyəti ilə tanış olub. Mərkəzi Elmi Kitabxana ilə tanışlıqdan məmnun olduğunu bildirən C.Özdemir Yunus Əmrə İnstitutunun Bakıdakı fəaliyyətindən bəhs edib və gələcəkdə Mərkəzi Elmi Kitabxana ilə birgə bir sıra tədbirlərin, sərgilərin, beynəlxalq konfransların təşkil edilməsinin mümkünlüyünü səsləndirib.

Daha sonra çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova kitabxananın tarixi, fəaliyyəti, indiyə kimi görülən işlər, həyata keçirilən layihələr, tədbirlər, aksiyalar və s. haqqında qısa məlumat verib. Gələcək planlardan söhbət açan MEK direktoru L.İmanova C.Özdemirin Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı sənədlərin xüsusi incəsənət növü hesab edilən miniatürlər kolleksiyasının MEK-də sərgisinin keçirilməsi təklifini yüksək qiymətləndirdiyini, Azərbaycan və Türk mədəniyyətlərinin təbliğinə xidmət edən tədbirlərin keçirilməsinə MEK-in dəstək verəcəyini bildirib.


AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəs
i


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi