azia.az
azia.az

Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək

18-09-2018, 07:27

Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər keçiriləcək

Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib

Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbi, lisey və gimnaziyalarının direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.


Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekunda qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi