azia.az
azia.az

Təhsil Nazirliyi müsabiqə keçirəcək

9-03-2016, 12:00

Təhsil Nazirliyi müsabiqə keçirəcək Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.
Nazirlikdən verilən məlumata görə, müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.
Müsabiqə ildə bir dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, 2015-ci il dekabrın 22-də Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da “Web of Science” platformasının bazasına çıxış imkanı verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi