azia.az
azia.az

Sınaq imtahanlarının vaxtı açıqlandı

12-02-2016, 15:39

Sınaq imtahanlarının vaxtı açıqlandı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə qəbul olmaq istəyən abituriyent və namizədlər üçün keçirəcəyi sınaq imtahanlarının vaxtını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, magistraturaya sınaq imtahanına yazılışın fevralın 20-dən, rezidenturaya – martın 19-dan başlayacaq. İştirak etmək istəyənlər Komissiyanın internet saytının müvafiq səhifəsində ( http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər.
Bildirək ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də cari il üçün ilk sınaq imtahanı keçiriləcək. Növbəti sınaq imtahanları isə 10, 24 aprel, 8 may tarixlərində keçiriləcək.
İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 imtahan mərkəzində təşkil olunacaq. Aprel ayının 3-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat fevralın 24-dən etibarən aparılacaq.
Qeyd edək ki, sınaq imtahanlarına yazılmaq istəyənlər ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər.
Sınaq imtahanlarında iştirak edəcək abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi olmadan imtahana buraxılmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi