azia.az
azia.az

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

22-02-2021, 15:38

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər Beynəlxalq Ana Dili Günü barədə məlumatlandırılıb.

Bu barədə AZia.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Dərslərdə şagirdlərə Azərbaycan dilinin inkişaf tarixi, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilib.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Həmçinin şagirdlər “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!”, "Millətin milliliyini saxlayan onun dilidir", “Ana dilimizi sevək və sevdirək!”, “Azərbaycan dili milli varlığımızdır” kimi çağırışlar səsləndirib, dilin saflığının qorunmasına dair fikirlər söyləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi