azia.az
azia.az

Nazirlik: Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək

12-02-2020, 14:24


Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib.
Nazirlik: Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək
Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

Kadrlara düşən şəxslərin “karusel”ə cəlb edildikləri bildirilir. Müəllim olduqları deyilən və özlərini hansısa partiyaların müşahidəçisi kimi təqdim edən bu insanların, əslində təmsil olunduqları partiyalar barəsində məlumatsız olduqları da üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkədə yayılmış belə görüntülərlə bağlı Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab verilib. Bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

“Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”, – deyə Nazirlikdən qeyd olunub.

Hüquqşünas Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında deyib ki, seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlər cinayət məsuliyyəti daşıyır: “Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, belə şəxsləri 2 ilədək azaqlıqdan məhrumetmə cəzası gözləyir”.

“Əgər müəllimlərdən kimsə 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bu prosesdə olubsa və ya onların gözü qaşısında saxtakarlıq baş veribsə, onlar üçün bu cinayət maddəsinin tətbiqi mümkündür. Əgər cinayət işi açılsa, həmin müəllimlər bu maddələr üzrə mühakimə olunacaqlar”, – deyə hüquqşünas qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi