azia.az
azia.az

YAP üzvündən nazirə şikayət: “Məndən az bal yığdı, direktor oldu…”

5-02-2020, 13:44

YAP üzvündən nazirə şikayət: “Məndən az bal yığdı, direktor oldu…”
Tovuzun Əyyublu kənd sakini,YAP üzvü Qasımov Samir Asif oğlu təhsil naziri Ceyhun Bayramova müraciətində haqsızlıqla üzləşdiyini bildirib. Kəndin 1saylı tam orta məktəbinin riyaziyyat və fizika müəllimi olan 1983-cü il təvəllüdlü S.Qasımov nazirə Cumhuriyyet.az saytı vasitəsi ilə üz tutaraq ədalətin bərqərar olunmasını xahiş edib.
Onun sözlərinə görə, direktorluğa dövlət qəbul imtahanında 41 bal toplayıb. Ancaq işlədiyi məktəbə 31 bal toplamış Əhmədov Mehman direktor təyin olunub.
Təhsil nazirinə müraciət edən S.Qasımov bildirib ki, 10 bal aşağı toplayan M.Əhmədovun məktəb direktoru təyin edilməsi haqsızlıqdır:
“Mən 41 bal yığmışam və onu qabaqlamışam. Nazirlik işçiləri görürlər ki, o, məndən 10 bal az toplayıb. Fizikadan28 bal yığmaqla ən yüksək nəticənivermişəm. Amma mənə fizikadan dərs də verilmir. Səbəb gətirilir ki, guya ikinci ixtisasımdır. Nə olsun? Axı burada qanunsuzluq yoxdur.
Mən həyatımı təhsilə həsr etməyə hazır bir gənc müəlliməm. Cənab nazir gənc müəllimlərin irəli çəkilməsinin tərəfdarıdır, onlara dəstək verir, regionlarda, ən ucqar kəndlərdə gənc müəllimlərin müsabiqə yolu ilə işləməsinə şərait yaradılıb, cavanlara yol açılır.
Mən Ceyhun Bayramovun fəaliyyətini yüksək qiymətləndirirəm və onun prinsipi təhsildə müsbət dəyişikliklərə, islahatlara nail olmaq, çatışmazlıqları aradan qaldırmaqdır.
Çox təəssüf ki, öz işlədiyim məktəbdə üzləşdiyim bu haqsızlıq məni çox təsirləndirib. Məsələ mənim direktor təyinatım deyil, sadəcə, 41 bal topladığım halda 31 bal yığan şəxs direktor olur.
Axı şəffaflıq və düzgünlük olmalıdır. Bu müraciətimə cənab nazirin müsbət münasibət bildirəcəyini gözləyirəm və ümidvaram ki, məsələ araşdırılacaq”.
Cumhuriyyet.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi