azia.az
azia.az

Cəlilabadda təhsil sistemi iflic vəziyyətdədir - GİLEY

22-01-2019, 11:24

Cəlilabadda təhsil sistemi iflic vəziyyətdədir - GİLEY
Cəlilabad rayonunda təhsil sahəsində baş verən özbaşınalıqla bağlı növbəti şikayət məktubu göndərilib. Şikayət məktubunda bildirilir ki, müəllimin Təhsil Nazirliyinə dəfələrlə şikayət məktubu yazmağına baxmayaraq cavablandırılmayıb. Cəlilabad rayonunda diaqnostik qiymətləndirmədən 8 bal toplayan ingilis dili müəllimi rüşvət verməklə direktor təyin edilib. Müəllimlərdən rüşvət tələb edir. Narazılıq bildirənləri isə təhdid edir.

DİA.AZ şikayət məktubunun tam mətnini oxuculara təqdim edir:

Hörmətli Cənab Nazir, Sizə yazmış olduğum saysız-hesabsız məktublarımın ünvana çatmadığını düşünərək bu dəfə sayt vasitəsi ilə sizə müraciət edirəm. Rayon Təhsil Şöbəsinin müdiri rüşvətlə direktor təyin etdiyindən Cəlilabad rayon məktəbləri təhsil müəssisəsi kimi öz nüfuzunu itirməkdədir. Rüşvət verən kim olsa, direktorluq vəzifəsinə gətirilir. İctimaiyyət arasında hörməti, nüfuzu, əxlaqı olmasa da olar “təki pul versin” prinsipi ilə işləyən şöbə müidir ancaq öz şəxsi büdcəsini doldurmaqla məşğuldur. Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” çıxarmaqla yanaşı, RTŞ -ə verəcək “aylıq” barədə düşünərsə, onun təhsilimizə hansısa tövsiyəni verməyini düşünmək özü gülüncdür. Belə savadsız və səriştəsiz direktorlardan biri də Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Seymur Cəfərovdur. İxtisasca ingilis dili müəllimi olub, ingilis dilində bir kəlmə söz bildiyinə dərs dediyi min şagirdindən biri şahid dura bilməz. Diaqnostik qiymətləndirmədən 8 bal toplayan birinin direktor təyin olunmasında məqsəd yəqin ki, təhsilimizi inkişaf etdirmək deyil. Belə bir şəxsin savadlı kadırlar üzərində rəhbər təyin edilməsi ən azından elə həmin kollektiv üçün təhqirdir.

Cənab Nazir, dəfələrlə sizə yazdığım məktublarda bildirmişəm ki, burada adları olub özləri olmayan və məvacib kartları direktorun cibində olan şəxslərin adı gedir. Bu şəxslərin konkret olaraq adlarını nazirliyə təqdim etmişəm. Nazirlik isə mənim şikayətimi araşdırmaq üçün təhsil şöbəsinə göndərib. Şikayət ərizəmdən sonra Seymur Cəfərov məni bir qrup şəxslə şantaj etməyə çalışmış və guya mən bunları ondan pul almaq məqsədi ilə etdiyimi bildirmişdir. Təkrar Nazirliyə müraciət etdikdən sonra yenə də araşdırılması üçün iş Təhsil Şöbəsinə göndərilmiş və orada mənə yağlı vədlər verərək şikayətdən çəkinməyimi demişdilər. Məvacib kartlarını mənimsədikləri şəxslərdən başqa, sən demə burada bəzi dırnaqarası jurnalistlərə də şikayət etməsinlər deyə, yaxın qohumunun adını yazaraq aylıq haqq verirlər. Bu cür şəraitdə hansı təhsildən söhbət etmək olar? Bir daha sizə müraciət edərək xahiş edirəm ki, təhsili təminat şöbəsi kimi mənimsəyənlərə imkan verməyəsiniz.

Hörmətlə, Ramiz Yarıyev.
Ünvan: Cəlilabad rayon Ağdaş kəndi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi