azia.az
azia.az

Təzyiqlər altında - Saatlıdan ŞİKAYƏT

14-11-2016, 13:55

Təzyiqlər altında - Saatlıdan ŞİKAYƏT
Saatlı rayon sakini Kamran Nəsirov Avrasiya.net-ə məktub ünvanlayaraq haqqının tapdanılması və üstəlik hədə-qorxu, təzyiqlər altında qaldığından şikayətlənib.

Onun müraciətini olduğu kimi təqdim edirik:

Salam. Yazıb sizə bildirmək istərdim ki, mən Nəsirov Kamran Əhməd oğlu istər orta məktəbdə, istər ali məktəbdə, istər hərbi xidmətdə, istərsə də pedaqoji fəaliyyətimdə daim fərqlənən, vətənimə və üzvü olduğum Yeni Azərbaycan Partiyasına sadiq bir gənc olmuşam. Hələ orta məktəbdə olimpiadaların və ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan inşa müsabiqəsinin qalibi olmuşam. Universitet həyatında ən fəal gənc kimi fərqlənmişəm və Yeni Azərbaycan Partiyasına gənclərin cəlb edilməsində xüsusən fərqlənmişəm və fəal gənc kimi hörmətli Əli Əhmədov tərəfindən qəbul edilmişik. Rektorumuz Abel Məhərrəmov tərəfindən fəallığıma və əlaçı olduğuma görə təltif edilmişəm. Hərbi xidmətdə də fəal bir gənc kimi komadirim tərəfimdən təltif edilmişəm.

Altı ildir ki, müəllim işləyirəm. Müəllim kimi fəaliyyət göstərdiyim Saatlı rayonunda ən fəal müəllim kimi daim fərqlənmişəm, gənclərə Heydər Əliyev irsinin və Azərbaycan tarixinin öyrədilməsində daim fərqlənmişəm. Təsadüfi deyil ki, Təhsil nazirinin əmri ilə məktəblərdə keçirilən tarix dərslərinin tədrisində fərqləndiyim üçün AZTV tərəfində bu canlandırılmışdı. AZTV–də keçirilən “Mən Azərbaycanlıyam“ bilik yarışmasınını 5-ci mövsüm qalibi kimi hörmətli Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən təltif edilmişəm. Rayonumuzun Heydər Əliyev mərkəzi və Gənclər mərkəzi tərəfindən keçirilən layihlərdən fəal iştirak etmişəm.Müəllimlərin diaqnostik qiymətləndirməsində rayon tarix müəllimləri arasında ən yüksək bal -58 bal toplamışam. Dövlət Qulluğunda müsabiqə mərhələsində dəfələrlə test mərhələsində uğur qazanmışam.

16 avqust 2016-cı ildə Təhsil nazirlyinin Direktorların işə qəbul imtahanında rayon pedaqoqları arasında ( hardasa 300 nəfər ) ən yüksək bal toplayaraq (51 bal ) Saatlı şəhər 1 saylı məktəbə direktor təyin olunmaq hüququ qazanmışdım. 13 avqust 2016-cı ildə müsahibə mərhələsini də çox uğurla verdim. Amma müsahibədən çıxdıqdan sonra məndə olan məlumata görə mənim barəmdə nazirliyə yanlış məlumat yollanmışdı. Müsahibənin nəticələri açıqlanmamış bu barədə nazirliyi məlumatlandırdım. Bir neçə ay əvvəl Səməd Vurğun adına 1 saylı məktəbə Lütfəli Şıxəliyevin vasitəçiliyi ilə öz işçisi Vüqarın arvadı Günay Qəmbərova direktor əvəzi təyin olunub və bunun üçün Lütfəli Şıxəliyevə rüşvət verildiyi bildirilir. Günay Qəmbərova məndən az bal yığaraq başqa məktəbə direktor təyin olunmaq hüququ qazanıb.

Bütün YAP və Saatlı rayonunu satmağa hazır olan Lütfəli Şıxəliyevin bizim partiyaya rəhbərlik etməsi tamamən YAP üçün bir ləkədir. Ümummilli lider Heydər Əliyev YAP-ı biz gənclər üçün yaradıb. Amma Lütfəli Şıxəliyev YAP-dan yalnız öz maraqları naminə istfadə etməklə sanki öz mülkü elan edib. Lütfəli Şıxəliyevin qurbanı tək mən deyiləm. Onlarla gənc onun ilginc əməllərinin qurbanı olub.

Cənab prezident İlham Əliyevin dövlət siyasətini tam dəstəkləyir, daim izləyir və fəxr edirəm ki, belə prezidentimiz var. İnanıram ki, bir gənc kimi məni ləkələməyə Lütfəli Şıxəliyev kimilərə imkan verilməyəcək. Bu barədə rayon icra başçısı Siraqəddin Cabbarovu məlumatlandırmışam. O,məni ətraflı tanıyır və 2 saat vaxtının məni dinləməyə sərf edib və mənə haqq qazandırıb.İcra başçısı və digərləri mənim yüksək idarəçilik qabiliyyətimin olduğunu etiraf edirlər və direktor kimi başqa məktəb təklif edir. Niyə başqa məktəb? Mənim yüksək idarəçilik qabiliyyətimin olduğunu bütün rayonda hamı bilir və hörmət edir.

Atam –Nəsirov Əhməd Həbiş oğlu –Sankt Peterburqda təhsil alıb, heç vaxt hakimiyyət əleyhinə çıxmayan sakit insan olub.

Bacım-Nəsirova Bikə Əhməd qızı - BDU – Filologiya fakültəsini fərqlənmə ilə ilə bitirib, Mir Cəlal Paşayevin ədəbi fəaliyyətinin araşdırıcısıdır.

İcra Başçısı Siraqəddin Cabbarov son zamanlar mənim apardığım mübarizədən narahat olaraq əleyhimə bir sıra çıxışlar etmişdi. Ona açıq şəkildə deyirəm, cənab başçı, yoxsa mənim də sizin təyin etdiyin direktorlar kimi içdikləri arağın pulunu kafelərə borclu qalacağımı düşünüb mənə mane olmusunuz? Yoxsa hələ bir neçə il əvvəl Saatlı rayon Gomuşçu kənd orta məktəbində Attestat alveri ilə bağlı cənab prezidenti və Təhsil nazirliyini məlumatlandırdığım üçün mənə qəzəbiniz soyumayib? Qeyd edim ki, mənə olan haqsızlığa görə Azərbaycan iqtisad məhkəməsinə və Avropa məhkəməsinə müraciət etməyi düşünürəm. Son nəfəsim qalana qədər mübarizəmi yerə qoymayacağıma əmin ola bilərsiniz. Qeyd edim ki, apardığım mübarizədə Lütfəli Şıxəliyev və icra başçısı polis və dövlət təhlükəsizlik orqanlarında məni ləkələməyə çalışıblar,lakin heç bir qüsurum olmadığı üçün bu orqanlar mənə haqq qazandırıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi