azia.az
azia.az

Cennifer Lopezin sevgilisi fırıldaqçılıq və reketlikdə ittiham olunur - FOTO

12-02-2021, 11:43

Cennifer Lopezin sevgilisi fırıldaqçılıq və reketlikdə ittiham olunur - FOTO

Məşhur müğənni Cennifer Lopezin sevgilisi Aleks Rodriges fırıldaqçılıq və reketlikdə ittiham olunur.

Azia.az-ın məlumatına görə, peşəkar beysbolçu keçmiş həyat yoldaşı Konstantin Skertis tərəfindən məhkəməyə verilib.

İdmançı vergi sənədlərinin saxtalaşdırılması, sığorta fırıldağı, həmçinin birgə əmlakın mənimsənilməsi kimi cinayətlərdə günahlandırılır.

Aleksin sabiq həyat yoldaşının sözlərinə görə, 2002-ci ildə onlar birlikdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şirkət yaradıblar. Tədricən Rodriges xanımını bu şirkətdən sıxışdırıb çıxarıb və onu inandırıb ki, öz payına düşən gəlirləri şirkətin hesabından çıxarmayaraq, onun inkişafına yönəldsin. Beləliklə də, Skertis 8 milyon dollarından məhrum olub.

Beysbolçunun vəkilləri Konstantinin ittiihamlarını əsassız adlandırıb və məsələyə məhkəmədə baxılacağını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MƏZƏNNƏ
 Valyuta məzənnəsi