azia.az
azia.az

“Lezbiyan və gey olduqlarına görə öldülər” – Elzadan həmkarları haqda Şok sözlər

26-09-2019, 17:16


“Avropa qapıları bizə geniş açılanda, avanqard, ekstravaqant geyimlər, Ledi Qaqalar çıxanda, dedilər ki, Elza Seyidcahanın geyimləridir. Bu, trend deyilmi? Mənim etdiklərim ümumbəşəri trendlərdir”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Var Yox” layihəsində qonaq olan Əməkdar artist Elza Seyidcahan trendlər barədə söhbət zamanı deyib.
“Lezbiyan və gey olduqlarına görə öldülər” – Elzadan həmkarları haqda Şok sözlər
O, verilişdə elektron musiqi barədə fikirlərini də söyləyib:

“Bu, şeytan musiqisidir, yenilik deyil. Gecə klublarında ye-iç, axırda da xəta törət get – onun üçündür. Xarici ölkələrdə də oluram, belə klublara getmirəm. Qoca da deyiləm, 18 yaşımda da getməmişəm”.

E.Seyidcahan “Dünya ulduzları bir məqsəd uğruna birləşir” sözlərinə isə belə reaksiya verib:

“Dünya ulduzları hərəsi bir şeydən öldü: biri narkomaniyadan, spiddən, lezbiyan və gey olduğuna görə. Dünyanı çirkləndirməsinlər, düzəltməklərinə ehtiyac yoxdu. Müğənnilər hər kəsə örnəkdir. Hamı bizim kimi olmaq istəyir. İndiyədək mentalitet barədə heç kimin zövqünü pozmamışam”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi