azia.az
azia.az

"Qışqırdı ki, yanıram, gəl, söndür"

6-12-2018, 16:25

"Qışqırdı ki, yanıram, gəl, söndür"


Xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında alovlanan qalmaqal belə getsə, səngiyəcək.

Azia.az bildirir ki,Yenicag.az-a açıqlama verən Seyidcahan qarşı tərəfin susacağı təqdirdə özünün də danışmayacağını bildirib: "Mən ondan küsməmişəm. O danışıb, mən də sözümü demişəm. Xaraktercə elə insanam ki, dözürəm, dözürəm, son anda partlayıram. O danışacaqsa, mən də danışacam. Susacaqsa, susacam. Bu gecə onu yuxuda görmüşəm. Gördüm paltarı yanır, qışqırıb məni çağırır ki, yanıram, gəl, alovu söndür. Mən tez qaçıb onun paltarını söndürürəm, həyatını xilas edirəm".

Maraqlıdır, "Elza növbəti "Azərbaycanın Səsi" yarışmasında iştirak edəcəkmi, yoxsa, Nazpəri Dostəliyeva ilə eyni jüri kürsüsündə əyləşməkdən imtina edəcək?"

Seyidcahanın suala cavabı belə oldu:

"Orada mənim tələbələrim var, onları çox istəyirəm. Buna görə də tələbələrimi tək qoymaq fikrim yoxdur. Ona qalsa, efirarxası çox şeylər baş verib, açıb danışmaq istəmirəm".

Qeyd edək ki, tərəflər arasında qalmaqal "Azərbaycanın Səsi" mahnı müsabiqəsinin ötən günkü buraxılışında yaşanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi