azia.az
azia.az

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

14-11-2018, 19:05

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir  keçirilib

Noyabrın 14-də Bakıda Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib.

Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdir.

Tədbirdə İtaliya, Danimarka, İran və digər ölkələrdən qonaqlar iştirak ediblər.
Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir  keçirilib

Xatırladaq ki, Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq Dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulub. Fond ictimaiyyətin diqqətini şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına dəstək göstərilir.

“Novo Nordisk" şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixi olan şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara dəstək göstərir. Dərman istehsalında qabaqcıl şirkətlərdən olan "Novo Nordisk" eyni zamanda şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da töhfə verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi