azia.az
azia.az

Nazirlik Günəşlidə ağacların kəsilməsi barədə məlumatlara münasibət bildirib

5-10-2016, 16:43

Nazirlik Günəşlidə ağacların kəsilməsi barədə məlumatlara münasibət bildirib
“Son günlərdə Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Bu sözləri “Bizim Yol”-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov bildirib.
Onun sözlərinə görə, sözügedən parkda ağaclar kəsilməsi faktına sonuncu dəfə bu ilin may ayında rast gəlinib: “Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları Əmrahov Elçin Əziz oğlunun kəsdiyi müəyyən olunub. Həmin şəxs tərəfimizdən iyun ayında inzibati qaydada 2200 manat cərimə edilib”.

Ç.Nəcəfov qeyd edib ki, hazırda ərazi nəzarət altındadır: “Bu gün də əməkdaşlarımız ərazidə olublar, ağacların kəsilməsi faktına rast gəlinməyib”.

Qeyd edək ki, bu gün saat 10.00 radələrində Günəşli qəsəbəsində bir qrup sakin 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsinə etiraz edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi