azia.az
azia.az

Referendum xarici KİV-lərin diqqətində

23-09-2016, 13:20

Referendum xarici KİV-lərin diqqətində
Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendum xarici ölkələrin KİV-lərinin diqqətindədir.

SİA-nın məlumatına görə, Türkiyənin İhlas Xəbər Agentliyi(İHA), "Star" qəzeti, "Öncə Vatan" qəzeti, Haber7.com xəbər portalı, Ukraynanın «Голос UA», "КиевVласть" xəbər agentlikləri ölkəmizdə keçiriləcək ümümxalq səsverməsindən geniş bəhs edərək, "Vətəndaş cəmiyyəti” Təşviqat Qrupunun vəkili, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə yer verib.

Fərid Şahbazlı xarici mediaya açıqlamasında deyib ki, referendumun keçirilməsi müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Ümumiyyətlə, Konstitusiya islahatlarının aparılması bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir. O bildirib ki, Konstitusiyanın dünyada və ölkədə gedən proseslərə uyğun bir şəkildə inkişafı tam bir qanunauyğunluqdur: "Konsitutsiyaya təklif olunan dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".

F.Şahbazlının sözlərinə görə, təklif olunan dəyişikliklərə əsasən vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaşa vətəndaşlıq hüququndan tam istifadə imkanı yaradacaq: "Bütövlükdə Konsitutsiyaya təklif olunan bu və digər dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Bu referendum Azərbaycan xalqının iradəsini ifadə edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi