azia.az
azia.az

Dövlət Xidmətindən dabaq AÇIQLAMASI

21-06-2016, 23:17

Dövlət Xidmətindən dabaq AÇIQLAMASI Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti( DBNX) bir sıra kütləvi informasiya vasitələrində (KİV) Qubanın dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilib ki, kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Quba rayonunun Buduq kəndinə ezam olunub, orada araşdırmalar aparılıb, təxminən beş gün öncə ölmüş 1 baş iribuynuzlu heyvan baytarlıq sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirilib və 3 baş xəstəliyə şübhəli iribuynuzlu heyvandan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə olunmaq üçün gətirilib. Müayinələrin nəticələri barədə əlavə məlumat veriləcək.

Bildirək ki, kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilib və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilib. Hazırda heyvanlar arasında ölüm halı mövcud deyil.

Xatırladırıq ki, respublikada olduğu kimi, Quba rayonunu Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilmiş və əhali arasında maarifləndirmə işi aparılıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Qeyd edək ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur. 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hal-hazırda epizootik vəziyyət sabitdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi