azia.az
azia.az

"Azərişıq": "Salyanda işıqların sönməsi təmirlə bağlıdır"

21-06-2016, 22:55

"Azərişıq": "Salyanda işıqların sönməsi təmirlə bağlıdır" Salyan rayonunda işıqların sönməyinin səbəbi bəlli olub. “Azərişıq”dan Lent.az-a verilən məlumata görə, rayonda elektrik enerjisinin kəsilməsinə səbəb orada yarımstansiyada aparılan yenidənqurma işləridir.

Qurumdan bildirilib ki, Salyan rayonundakı yarımstansiya “Azərenerji”nin balansındadır: ““Azərenerji” bizə yarımstansiyada yenidənqurma aparılacağı ilə bağlı müraciət edib. Biz də bu barədə rayonun bütün dövlət qurumlarına yazı göndərimişik və bildirmişik ki, 21 iyun saat 00:00-dan, saat 03-ədək rayonda elektrik enerjisinin verilməsinə fasilə olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi