azia.az
azia.az

Salyanda yeni doğulmuş iki körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

21-06-2016, 22:50

Salyanda yeni doğulmuş iki körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA Salyan rayon Mərkəzi Xəstəxanası bu gecə Doğum şöbəsində yeni doğulmuş iki uşağın ölməsi faktı ilə bağlı məsələyə münasibət bildirib. Şöbənin baş həkimi İradə Ağalarova Lent.az-a bildirib ki, Mirzabitə Abdullayeva dünən saat 22 radələrində xəstəxanaya daxil olub: “Qadın hamiləliyin 31-ci həftəsində şöbəyə daxil olub və üçdöllü hamiləlik keçirib. Saat 22:15-də 33 santimetr boylu, 1,250 kiloqram ilk oğlan uşağı dünyaya gəlib. Saat 22:20-də boyu 33 santimetr, çəkisi 1,300 kiloqram olan ikinci, saat 22:25-də isə boyu 32 santimetr, çəkisi isə 1,100 kiloqram olan üçüncü oğlan uşağı dünyaya gəlib. Uşaqlar dərhal küveysə yerləşdirilib. Lakin biz uşaqların yaxınlarına bildirdik ki, onların rəngləri gömgöydür, yaşamaq şansları azdır və Bakıya aparmaq lazımdır. Amma onlar aparmaq istəmədi. Saat 01 radələrində uşaqlardan çəkisi 1,3 və 1,1 kiloqram olan ikisi vəfat etdi. Bundan təxminən yarım saat sonra isə elektrik enerjisi kəsilib. Yəni uşaqların ölümünə elektrik enerjisi kəsintisinin səbəb olmasını bildirmək düzgün deyil”.

İ.Ağalarova bildirib ki, xəstəxananın generatoru yalnız doğum otağına elektrik enerjisinə cərəyan ötürür və lazım olanda küveyslər həmin otağa aparılıb elektrik cərəyanına qoşulur.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, dünən Salyan rayonu üzrə ümumilikdə elektrik enerjisi kəsilib və bu sırf xəstəxananın problemi olmayıb.
Xəstəxana körpələrin ölümü ilə bağlı dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırıb və araşdırma başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi