azia.az
azia.az

Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq

20-04-2016, 08:57

Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq Tək Qaradağda deyil, Sabunçudan da, Xəzər rayonundan da Xəzər əlçatmazdır.

Bu dəfə dənizin hasarlanması deyil, sökülməsi barədə. Necə etməli ki, dənizi tutanlardan xilas edib əsl sahiblərinə -Xalqa qaytaraq! Qanunu xatırlayaq, Xəzərin mühafizə zolağı 20-50 metr təşkil edir, həmin zolağadək hasar çəkmək, tikinti aparmaq qadağandır. Amma bir neçə gün əvvəl dənizdən və qurudan apardığımız çəkilişlər göstərdi ki, nəinki mühafizə zolağı gözlənilmir, hətta suyun içinə kimi hasar çəkib dənizi öz malı hesab edənlər var. Məsələn, Qaradağ rayonu Sahil qəsəbəsindən Səngəçala kimi hasarlar uzun, villalar saysız hesabsızdır. Bəs bu qədər tikiliyə kim icazə verib? Qaradağ icra hakmiyyətində deyirlər ki, rayonun kiməsə, haradasa yer ayırmağa ixtiyarı yoxdu. Rayonun memarı dedi ki, dənizkənarı villalar nə onun layihəsidir, nə çalışdığı qurumun.
“Orda “Hilkan” firması deyil, ayrı-ayı şəxslər Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən sənədləşmə əsasında evlər tikiblər, onların bəzisi yarmçıq qalıb. Orda elə yerlər var dənizin içinə girib.” – deyə Qaradağ İH-nin memarı Natiq Səmədov bildirir.
Memarın adını çəkdiyi firma Hacı İbrahim Nehrəmlinindir. Dənizin içində xariqələr yaratmaq istəyən iş adamından iddialara cavab ala bilmədik. Çünki telefonu qaldırmadı. Problem isə tək Qaradağda deyil, Sabunçudan da, Xəzər rayonundan da Xəzər əlçatmazdır. Bakı şəhər icra hakimiyyətində kiminləsə danışmaq da əlçatmazdı. Torpaq komitəsi ləğv olunub, nəzarətedici qurumlar hərəkətsizdir. Problemi necə aradan qaldırmalı sualını parlamentarilərə ünvanlayırıq. Qanunu onlar icad edib, lakin işlək mexanizmi görünmür. Və ya fikirlər səsləndirilir ki, 20-50 metrlik mühafizə zolağı barədə qanun bundan sonraya şamildir, yəni indiyə kimi tikən tikib. Deputat Fəzail Ağamalı iki yol təklif edir ki, birincisi əgər həmin ərazilər icarə ilə verilibsə, şəxsin mülkiyyəti deyilsə, Bakı ŞİH bu müqaviləni qarşı tərəfin hətta razılığı olmadan da ləğv edə bilər.
“İkinci ictimai maraqlar fərdi maraqlardan həmişə üstün olub. İctimai və dövlət marqlarını həyata keçirmək məqsədilə orada müəyyən layihələrin həyaat keçirilməsi ilə, belə praktika var, elə yerlər əgər özəlləşdirilsə, dövlət tərəfindən vəsait ödənilə bilər, bununla çimərliklər hasarlandan azad edilir.” – deyə Millət vəkili Fəzail Ağamalı qeyd edib.
Beləliklə, qanunun geriyə qüvvəsi olmasa da, böyük görünən qüvvələrin əlindən dənizi azad etmək olar. Bakı meri Hacıbala Abutalıbov bu vəzifədə ilk əvvəllər budka götürməklə diqqət çəksə də, ən yaxın vaxtlarda da söküntülərə imza atıb. Özü də bunu elə edir ki, adamın ruhu da incimir. Uzağa getməyək, velopark yaxınlığındakı onlarla villa bir gündə çalğı, musiqi sədaları ilə söküldü. Sökə-sökə növbəti havanı isə belə sifariş etmək olar - Mənə dəniz verin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi