azia.az
azia.az

Gürcüstan prezidenti Azərbaycan səfirliyinə gəldi və dedi: “Sülh və dostluq!”

29-05-2019, 16:25


Azia.az təqdim edir: Gürcüstan prezidenti Salome Zurabişvili sərhədin mübahisəli məntəqələri ilə Azərbaycanla aparılan danışıqlar ətrafında hay-küy yaradanları tənqid edib.

Xatırladaq ki. dünən ruhanilərdən və ictimaiyyət nümayəndələrindən ibarət bir qrup Azərbaycanla sərhəddə yerləşən mübahisəli Keşikçidağ monastırının yaxınlığında aksiya təşkil edərək, “David Qareci Gürcüstandır” şüarı səsləndiriblər. Bundan əlavə, Gürcüstanın müxalif partiyaları hakimiyyəti ölkənin maraqlarını qoruya bilməməkdə ittiham edirlər.
Gürcüstan prezidenti Azərbaycan səfirliyinə gəldi və dedi: “Sülh və dostluq!”
“Son günlər biz iki dost ölkə arasında komissiya çərçivəsində danışıqlar yolu ilə həll olunan bəzi məsələlər üzrə ajiotaj barədə eşidirik. Bizi başqa yolla aparmaq istəyən artıq keçmişdə qalıb. Qayıtmayacağımız keçmişdə. Bu siyasi manipulyasiyalar hər iki ölkəyə, Qafqazda sülhə, sabitliyə və inkişafa zərər yetirəcək. Bu, heç kimə lazım deyil və biz bunu gözəl anlayırıq, buna görə də, son məqsədə çatmaq üçün birgə mübarizəyə başlamışıq”, - Zurabişvili bildirib.

Bu bəyanatı prezident Azərbaycanın Tbilisidəki səfirliyinin təşkil etdiyi 28 May - Respublika Gününə həsr olunmuş qəbulda verib. Zurabişvili Gürcüstanla Azərbaycanın ümumi inkişaf yolunun vacibliyini vurğulayıb.

O, əmin olduğunu bildirib ki, tərəflər həm Gürcüstan, həm də Azərbaycan üçün məqbul ola biləcək qərar qəbul edə biləcəklər. “Danışıqların bütün gözəlliyi də elə bundadır”, - o qeyd edib.

Prezident bir daha bildirib ki, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər dostluğa və ümumi maraqlara əsaslanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi