azia.az
azia.az

Tanınmış jurnalistin Azərbaycandan çıxışına qadağa qoyulub - YENİLƏNİB

1-06-2017, 12:04

Tanınmış jurnalistin Azərbaycandan çıxışına qadağa qoyulub - YENİLƏNİB


Dünən Xaçmaz rayonunun Yalama qəsəbəsində Rusiyaya gedərkən sərhəddə saxlanılan tanınmış jurnalist Azər İsrafilov sərbəst buraxılıb. Jurnalistin Lent.az-a bildirdiyinə görə, sərhəddə məlum olub ki, onun ölkədən çıxışına qadağa qoyulub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

*****

11:50

Tanınmış jurnalist Azər İsrafilov yenidən saxlanılıb. Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarında məlumat verilib. Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən polisdə araşdırma aparılır.

Qeyd edək ki, Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib.

O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi