azia.az
azia.az

“Torpaqlarımızı heç vaxt danışıqlar predmeti etməyəcəyik”- Qalib İsrafilov

6-04-2016, 09:54

“Torpaqlarımızı heç vaxt danışıqlar predmeti etməyəcəyik”- Qalib İsrafilov “Ermənistanın torpaqlarımızda ikinci dəfə dövlət yaratmasına imkan verməyəcəyik”
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov “Anadolu ajansı”na açıqlamasında bildirib. O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi heç vaxt danışıqlar masasında olmayıb və olmayacaq: “Bunun müqabilində erməni icmasının hüquqlarından rahat istifadə etməsi üçün imkan yaratmağa hazırıq. Necə azərbaycanlı icması öz imkanlarından, hüquqlarından istifadə edə bilər, eyni şəkildə də erməni icması öz hüquqlarından istifadə edə bilər. Söhbət burda burda sırf hüquqlardan aparıla bilər, ərazidən yox. Ermənistanın artıq öz ərazisi var. Ermənistanın ikinci dəfə bizim torpaqlarımızda dövlət yaratmasına imkan verməyəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi