azia.az
azia.az

Tramp Abbası Ağ Evə çağırdı

11-03-2017, 10:03

Tramp Abbası Ağ Evə çağırdı


Onlar arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib. İstiPress RİA Novisti agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bəyan edib.

“Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib”, deyə Fələstin liderinin nümayəndəsi bildirib.

Tramp Abbası Ağ Evə çağırdı

Fələstin lideri Mahmud Abbas
Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Trampın qənaətinə görə, BMT qətnamələrinə baxmayaraq, İsrail-Fələstin münaqişəsinin həlli yolu vahid dövlətin yaradılmasından keçir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi