azia.az
azia.az

“Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq”

21-11-2016, 12:14

“Biz Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırıq”
“Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistanla Azərbaycan arasında vasitəçilik etməyə hazırdır”

Bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.

“Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, ancaq Minsk prosesini dəstəkləmək üçün əlimizdən gələni edirik. Şübhəsiz bu münaqişənin hərbi yolu yoxdur. Tərəflər maksimum əməkdaşlığa və danışıqlara cəlb edilməlidir. Münaqişənin yenidən alovlanması həlledici ola bilər və Moskvadan Vaşinqtonadək beynəlxalq ictimaiyyət bunun tərəfdarı deyil. Danışıqlar masasında artıq çoxsaylı təkilflər var”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək. (Report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi