azia.az
azia.az

Partiya sədri: “Azərbaycan iqtisadiyyatı kağız üzərindədir və asılı bir dövlətə çevrilmişik”

4-11-2016, 13:22

Partiya sədri: “Azərbaycan iqtisadiyyatı kağız üzərindədir və asılı bir dövlətə çevrilmişik”
Hafiz Hacıyev: “Bizim partiya imkan verməyəcək ki, bu satqın, riyakar məmurlar, o cümlədən Azərbaycan iqtisadiyyatına rəhbərlik edən canilərin dəstəsi nəyəsə nail olsun”.

“Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov və bir necə icra başçıları biləşib 8-ci kilometrdə ölmüş at, eşşək, mal ətin xalqa satırlar”

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan iqtisadiyatının mövcud durumunu PİA.AZ-a şərh edərkən deyib.

Partiya sədri qeyd edib ki, partiyaları Azərbaycan xalqının iqtisadi vəziyyətinin yaxşılaşması üçün hazırladığı təkliflər planın dövlətə göndərib. Amma çox təəssüf ki, “qocalar kabinet”i özlərin ağıllı saydıqlarına görə bizim təkliflərimiz şöbələrdə yatıb qalır:

Hafiz Hacıyev: “Əgər onlar düşünürlər ki, ölmüş mal ətləri ilə Azərbaycan iqtisadiyyatını dirçəldəcəklər, çox səhv edirlər”.

“Müasir Müsavat Partiyası Azərbaycan xalqının iqtisadi vəziyyətinin yaxşılaşması üçün hazırladığı təkliflər planın dövlətə göndərib. Amma çox təəssüf ki, “qocalar kabinet”i özlərin ağıllı saydıqlarına görə bizim təkliflərimiz şöbələrdə yatıb qalır. Onların bu ağılları sayəsində günü-gündən millətimizin vəziyyəti ağırlaşır və heç bir tədbir görə bilmirlər. Biz də millətin gələcəyin düşünən, dövlətçiliyi qoruyan bir partiya olaraq Azərbaycanın bu böhrandan çıxış yollarını rəsmi şəkildə hökumətə göndərmişik. Hökumətin içində olan bəzi insanlar çalışırlar ki, sunni şəkildə prezidentin apardığı iqtisadi islahatlara qarşı çıxsınlar və vəziyyəti hər dəqiqə gərginləşdirsinlər. Bu birmənalı şəkildə belədir. Buna görə də biz manatın günü-gündən ucuzlaşmasının, öz dəyərini itirməsinin şahidi oluruq.

Onu da qeyd edim ki, Azərbaycan iqtisadiyyatı kağız üzərindədir və asılı bir dövlətə çevrilmişik. Bu hala düşməyimizdə də bir çox məmurlar baş rolda oyanırlar. Bunlardan qatı rüşvətxor Heydər Əsədov lap öndə gedənlərdəndir. Bildiyimiz kimi onun özü, kürəkəni, qudası dövlət başçısına xəyanət edir. Onlar istər daxildə, istərsə də xaricdə anti-İlham Əliyev koalisiyasında birləşiblər. Onlar ancaq çalışırlar ki, ölkədə qarışıqlıq yaransın, xalqın narazılığı artsın. Amma xalqımız da bilməlidir ki, heç də bütün işləri birinci şəxsin üzərinə yükləmək olmaz. Ona görə ki, hökumət var və o hökumətin üzvləri var. Yəni məsul şəxslər var, amma təəssüf olsun ki, o şəxslər qəsdən heç bir addım atmırlar. Onlar istəsələr xalqın yaxşılığı üçün müəyyən addımlar ata bilərlər. Özlərinin mənfətlərinə uyğun gəlmir deyə onlar bu addımları atmırlar və atmayacaqlar da.

Ona görə mən dəfələrlə demişəm ki, qocalmış, başı kiflənmiş, sovet təfəkkürü ilə yaşayan hökumət təcili istefaya göndərilməlidir. Bu məmurların hər birinin də əllərində olan milyardlar əllərindən alınmalıdır və xalqa qaytarıılmalıdır. Əgər o pullar onların əllərində qalsa anti-İlham koalisiyasında birləşərək prezidentin siyasətinə kölgə salacaqlar. Necə ki, o insanlar bu gün də Azərbaycanın radikal düşərgəsində birgə həmrəylik nümayiş etdirilər. Bu baxımdan mən həmişə o insanlara qarşı olmuşam.

Hafiz Hacıyev: “Məmurların əllərində olan milyardlar əllərindən alınmalı və xalqa qaytarıılmalıdır”.

Bu gün Azərbaycanda Kənd Təsərrüfatı batıb gedir. Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov və bir necə icra başçıları biləşib 8-ci kilometrdə ölmüş at, eşşək, mal ətin xalqa satırlar. Bu da xəstəliklərin yayılmasına səbəb olur. Mən dəfələrlə demişəm bu gün də deyirəm ki, təcili Kənd Təsəsrrüfatı naziri Heydər Əsədova və Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanova cinayət işi açılmalıdır. Daşkəsəndə və digər rayondanlardan yığılan murdar olmuş mal ətləri sübut olunmalıdır. Sübut olunandan sonra da o insanlar həbs edilməlidir. Əgər onlar düşünürlər ki, ölmüş mal ətləri ilə Azərbaycan iqtisadiyyatını dirçəldəcəklər, çox səhv edirlər. Bütün bunlara görə biz partiya olaraq yaxın günlərdə geniş açıqlama verəcəyik. Bizim partiya imkan verməyəcək ki, bu satqın, riyakar məmurlar, o cümlədən Azərbaycan iqtisadiyyatına rəhbərlik edən canilərin dəstəsi nəyəsə nail olsun. Onların bu arzuları həyata keçməyəcək.

Bəli, bu gün reallıq budur ki, Azərbaycan iqtisadiyyatı pis günə düşüb və vəziyyət ağırdır. Rayonlarımızda da vəziyyət pisləşir. Bizim rayon təşkilatlarımızın üzvləri mütəmadi olaraq bizə xəbərlər verirlər. Biz də bu məlumatları müəyyən yerlərə çatdırırıq. Bu agır vəziyyətdən çıxamaqdan ötrü də mən xalqımızın bütün sağlam düşüncəli insanlarını prezidentin ətrafında birləşməyə çağırıram. Biz prezidentin ətrafında birləşsək, prezident bundan sonra da cəsarətli addımlar atacaq və ətrafında ona xəyanət edən nazirlərlə haqq-hesabın aparacaq”.

Nərminə UMUDLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi