azia.az
azia.az

“Qəddafini də, Səddamı da bu sözlərinə görə...” – Politoloqdan “Ərdoğan ehtiyatlı olmalıdır” açıqlaması

24-09-2021, 16:56

“Qəddafini də, Səddamı da bu sözlərinə görə...” – Politoloqdan “Ərdoğan ehtiyatlı olmalıdır” açıqlaması
"Ərdoğan ilk dəfə deyil ki, iddialı təkliflər irəli sürür. Xüsusilə onun "BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü küncə sıxışdırmalıyıq” ifadəsi "dünya 5-dən böyükdür” ifadəsinin radikal formada davamıdır”.

Bu sözləri Azia.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-da jurnalistlərə açıqlamasında "BMT-nin 5 daimi üzvünü küncə sıxışdırmalıyıq" sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ərdoğanın BMT TŞ 5 daimi üzvü ilə bağlı illərdir, davam edən iradı yerində və haqlıdır:

"BMT TŞ faktiki olaraq, bu gün effektiv fəaliyyət göstərə bilmir. Bunun əsas səbəbi 189 ölkənin vahid qərarının 5 daimi üzvün veto hüququndan istifadə etməsinə görə qəbul edilməməsidir. Xüsusilə də bu 5 daimi üzv onlara verilən veto hüququndan milli maraqları və siyasi rəqabət fonunda sui-istifadə edirlər.
Misal üçün, Rusiyanın və ya Çinin təklif etdiyi bir qərara ABŞ veto qoyur. Və ya əksinə ABŞ-ın təklif etdiyi bir qərara Çin və Rusiya veto qoyur. Buna görə də illərdir, BMT TŞ normal bir qərar verə bilməyib. Ərdoğanın həm "dünya 5-dən böyükdür" i̇fadəsi̇, həm də yeni işlətdiyi "BMT-nin 5 daimi üzvünü küncə sıxışdırmalıyıq” ifadəsi buna edilən etirazdır”.

Politoloqun sözlərinə görə, vaxtilə Ərdoğan kimi Liviyanın eks rəhbəri Müəmmər Qəddafi və İraqın eks-prezidenti Səddam Hüseyn də BMT TŞ 5 daimi üzvü ilə bağlı etirazlar edirdi:

"Xüsusilə veto hüququ olan dövlətlər arasında müsəlman dövlətlərinin olmaması hər iki liderin başlıca arqumenti idi. Lakin hər iki lider bu çıxışlarında israr etdiyi üçün gec-tez hakimiyyətdən faciəvi şəkildə uzaqlaşdırıldı. Bu mənada Ərdoğan daha ehtiyatlı olmalı, bu məsələni bir neçə ölkə başçısı ilə birlikdə dilə gətirməlidir. Düzdür, Türkiyə nə İraq, nə Liviyadır, nə də Ərdoğan Müəmmar Qəddafi, Səddam Hüseyndir. Lakin yenə də Ərdoğanın bu məsələdə ehtiyatlı olması lazımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi