Ərdoğandan ŞOK ÇAĞIRIŞ: Plan hazırdır - Birləşib bu 5 ölkəni sıxışdırmalıyıq
"BMT-nin 5 daimi üzvünü küncə sıxışdırmalıyıq".
Azia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da jurnalistlərə açıqlamasında deyib.
“Radikal addımlar barədə hər zaman danışıram. 5 daimi üzvdən əlavə 189 ölkənin hər biri qətiyyətli addım atarsa, bu daimi üzvləri küncə sıxışdıra bilərik. Bununla bağlı yol xəritəsi var. Məsələ ilə bağlı BMT Baş Assambleyasına yazılı formada təzyiqlər, fövqəladə toplantılarla müəyyən hədəflərə nail ola bilərik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ BMT-nin 5 daimi üzvüdür. / Axar.az