azia.az
azia.az

Əsəd Ərdoğanla anlaşır? – Bölgədə sensasion gəlişmə

7-08-2019, 09:56


Azia.az təqdim edir. “Suriya Türkiyə ilə anlaşıb ordusunu Fərat çayının şərq sahillərinə çəksə, nə ABŞ, nə də PYD/PKK bölgədə qala biləcək”.
Əsəd Ərdoğanla anlaşır? – Bölgədə sensasion gəlişmə
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat xidmətinin keçmiş başçısı, general İsmayıl Hakkı Pekin deyib.

General Türkiyənin Fərat çayının şərqində yeni əməliyyata hazırlaşdığını bildirib.

“Türkiyənin indiyədək bu əməliyyatı gecikdirməsinin səbəbi ABŞ-la təhlükəsizlik zolağının yaradılması məsələsində anlaşa bilməməsi idi. Türkiyənin əsas məqsədi 500 kilometrlik sərhədində kürd dövlətinin qurulmasının qarşısını almaqdır.

Çünki Türkiyə PKK-nın qolu olan PYD-nin daxil olduğu belə bir dövləti öz təhlükəsizliyinə qarşı təhdid kimi görür. ABŞ isə PYD-ni “müttəfiq”i adlandırır. Buna görə də ABŞ-ın Türkiyə verdiyi təhlükəsizlik zolağı təklifi PYD-nin müdafiə edilməsini ehtiva edir.

Türkiyə Fərat çayının sahilindən İraqadək olan 455 km-lik sərhədin PKK-PYD-nin nəzarətində olmasını istəmir, ABŞ isə bunu etirazla qarşılayır”.

“Bəs ABŞ bölgədən çıxa bilərmi” sualına Pekinin cavabı belə olub:

“ABŞ-ın bölgədən çəkiləcəyini düşünmürəm. Sadəcə olaraq, öz qüvvələrini bir qədər cənuba doğru çəkəcək və on illərlə orada qalacaq. ABŞ-ın Suriyada bir unitar dövlət qurmaq niyyətində olduğunu düşünmürəm. ABŞ danışıqlar masasında əlini gücləndirmək üçün Suriyada yeni ərazilər ələ keçirmək istəyir, bu isə o deməkdir ki, parçalanmış Suriya uzun illər özünə gələ bilməyəcək”.

General Suriya və Türkiyə rəhbərliklərinin işbirliyində olmasının vacibliyinə diqqət çəkib: “Bu, mövcud ssenarilərin qarşını almaq üçün lazımdır. Belə bir işbirliyi hər şeyi tərsinə çevirəcək, mövcud mənzərəni dəyişəcək. Hətta indi Suriya Türkiyə ilə anlaşaraq, qüvvələrini İdlibdən Fərat çayının şərqinə çəksə, ABŞ və PKK/PYD bölgədə qala bilməyəcək. Lakin Suriya və Türkiyənin anlaşması ehtimalı aşağıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi