azia.az
azia.az

Sünnət zamanı cinsiyyət orqanını itirdi - 17 il sonra bərpa etdi

8-12-2017, 09:55

Dünyada üçüncü dəfə cinsiyyət orqanı transplantasiyası həyata keçirilib.

Medicina.az xəbər verir ki, əməliyyat 40 yaşlı kişi üzərində aparılıb. Çətin əməliyyat, ilk dəfə 2014-cü ildə orqan nəqlini həyata keçirən afrikalı həkimlər tərəfindən aparılıb. Orqanda rəng fərqliliyi olsa da, 10 saat çəkən əməliyyat uğurlu şəkildə sonlandırılıb. Həkimlərin sözlərinə görə, rəng fərqi bu ilin sonlarına yaxın bərpa ediləcək.

Cərrah Andrevan Der hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirib.

Əməliyyatdan 6 ay sonra isə kişinin idrar yolu funksiyalarının düzələcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, pasiyent cinsiyyət orqanını sünnət zamanı itirib. Həkimlər isə orqanı 17 il sonra bərpa ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi