azia.az
azia.az

220 il əvvəl Napoleonun əsgərlərini sətəlcəmdən sağaldan qəsəbəyə koronavirus sirayət etməyib – Fotolar

24-04-2020, 14:27




220 il əvvəl Napoleonun əsgərlərini sətəlcəmdən sağaldan qəsəbəyə koronavirus sirayət etməyib – Fotolar
220 il əvvəl Napoleonun əsgərlərini sətəlcəmdən sağaldan qəsəbəyə koronavirus sirayət etməyib – Fotolar
Son statistikaya görə, hazırda dünyada 2 milyon 725 mindən çox insan koronavirusa yoluxub, 191 mindən çox insan dünyasını dəyişib.

Avropanın pandemiyadan ən çox əziyyət çəkdiyi ölkələr İtaliya, İspaniya, İngiltərədir. Lakin bu ölkələrin bəzi qəsəbə və bölgələri var ki, pandemiyanın mərkəzində olmasına baxmayaraq, orada koronavirus aşkar edilməyib. Həmin bölgələr aşağıdakılardır:
220 il əvvəl Napoleonun əsgərlərini sətəlcəmdən sağaldan qəsəbəyə koronavirus sirayət etməyib – Fotolar
İtaliyanın şimalında yerləşən Piedmont bölgəsindəki Montaldo Torinese qəsəbəsi. Qəsəbə pandemiyanın mərkəzində olmasına baxmayaraq, bu günə qədər heç kəsdə koronavirusa yoluxma faktı aşkar edilməyib. Qəsəbə sakinlərinin bəziləri möcüzə sularının onları qoruduğuna inanır. Hazırda 720 min sakini olan qəsəbədə bir su quyusu var. Deyilənə görə, həmin quyunun suyu 1800-cü ildə qəsəbədə düşərgə quran Napoleon Bonapartın əsgərlərini sətəlcəmdən qurtarıb.

“The Guardian” qəzetinin yazdığına görə, qəsəbənin bələdiyyə rəhbəri Sergio Qayotti bu barədə deyib: “Əfsanəyə görə, Napoleonun generalları ağır sətəlcəmə tutulmuşdular. Təmiz hava, həmçinin quyudakı su onların hamısını sağaltmışdı. Ancaq hazırda həmin quyu bağlıdır və su da sadəcə tarlaları suvarmaq üçün istifadə edilir. Oradan su içilmir”.

Qayotti qəsəbədə hələ də koronavirus aşkar edilməməsini real səbəblərlə əsaslandırıb. O, qeyd edib ki, qəsəbədəki təmiz hava, sağlam yaşayış tərzi və lap əvvəldən koronavirusa qarşı tədbirlər görülməsi öz təsirini göstərib: “Bu qəsəbədə heç bir sənaye mərkəzi yoxdur, yalnız sənətkarlar çalışır. Lap əvvəldən sakinlərin təhlükəsizliyi üçün poçt qutularına xəbərdarlıq məktubları göndərdim. Həmin məktublarda mütəmadi olaraq əllərin yuyulması, sosial məsafənin saxlanılması ilə bağlı xəbərdarlıqlar var idi. İnternet saytımızda da bu barədə məlumatlar yerləşdirdik. Bütün ailələrə tibbi maskalar paylayan ilk qəsəbəyik və hələ də maska paylamaqda davam edirik”.

Bütün İspaniyanın haqqında danışdığı Zahara de la Syerra qəsəbəsi. Məlum olduğu kimi, İspaniya Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkələrindən biridir. Ölkənin tək bir qəsəbəsində, Zahara de la Syerrada bu günə qədər koronavirus faktı aşkarlanmayıb. Beləliklə, bəyaz evləri, zeytun ağacları ilə məşhur olan, 400 nəfər sakinə malik bu qəsəbə İspaniyada koronavirusun daxil olmadığı yeganə yerdir. Mütəxəssislər bildirir ki, qəsəbə sakinləri lap əvvəldən karantin rejiminə ciddi əməl etdikləri üçün koronavirusdan uzaq olmağı bacarıblar.

İspaniya hökuməti martın 14-dən, ölkə ərazisində karantin rejimi elan edilən andan qəsəbənin bələdiyyə rəhbəri Santyaqo Qalvan qəsəbənin 5 girişindən 4-nü bağlayaraq, turistlərin bura gəlməsinin qarşısını alıb. Bələdiyyə sədri qeyd edib:
“Polis və mühafizəçilərin köməyi ilə qəsəbənin 4 girişini bağladıq. Qəsəbənin bir girişi isə 1 polis tərəfindən qorunur və qəsəbəyə girən hər kəs dezinfeksiya suyu ilə yuyulduqdan sonra qəsəbəyə buraxılır. Həmçinin 3 gündən bir səhər saatlarında 10 nəfərlik qrup qəsəbə küçələrini dezinfeksiya edir.
220 il əvvəl Napoleonun əsgərlərini sətəlcəmdən sağaldan qəsəbəyə koronavirus sirayət etməyib – Fotolar
Qəsəbədə sakinlərin çölə çıxmaması üçün 2 mühafizəçi insanlara ərzaq, tibbi maska alır. Bələdiyyə rəhbəri qəsəbə sakinlərinin evdə darıxmaması üçün hər cümə günü bələdiyyə maşını ilə gəzişərək, musiqi səsləndirir.

Xalidə Gəray
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi