azia.az
azia.az

İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada

2-11-2018, 17:23

İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada

Azia.az təqdim edir: Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ,qəsəbə və kəndlərdə yaşayan sakinlərlə, yerlərdə mütəmadi olaraq görüşlər keçirir. Görüşdə məqsəd rayon sakinlərinin problemləri və qarşıda duran məsələlər barədə ciddi diskusiyalar aparmaq və həllinə nail olmaqdır. Görüşdə icra başçısı ilə yanaşı, müvafiq idarə və güc sturukturlarının rəhbərləri də iştirak edirdi. Qaldırılan məsələ anında araşdırılıb yerindəcə həllinə nail olunur. Elə bu görüşlərdən biri də 02.11.2018-ci il tarixində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayonun digər qurumlarının rəhbərlərinin iştirakı ilə Qobu qəsəbəsində baş tutub. İ.Gülməmmədova Qobu qəsəbəsinin girişində aparılan iməclikdə şəxsən iştirak edərək günü-gündən dəyişən və gözəlləşən qəsəbənin infrastrukturunun yeniləşdiyini görülən işlərlə bir daha təsdiq etmiş oldu. Qəsəbədə yaşayışın günün tələblərinə uyğunlaşdırılacağını sakinlərlə görüşdə bir daha səsləndirdi. İcra başçısı və aidiyyatı qurumların rəhbərləri Qobu qəsəbəsinin Mədəniyyət evində toplaşaraq bir sıra məsələləri müzakirə etmişlər. Bəzi sakinlər Qəsəbədə aparılan quruculuq və abadlıq işlərindən ağız dolusu danışaraq, rayon rəhbərliyinə və Prezidentə təşəkkürlərini ifadə etmişlər. Digər sakinlər isə qarşılaşdıqları problemləri İcra başçısının diqqətinə çatdırmışlar. Qış mövsümünə hazırlıq mərhələsində qəsəbədə yaranan qaz, işıq problemlərinin də tamamilə aradan qaldırılması yolunda görülən işlərdən danışıldı. Qəsəbə sakinlərinin əksəriyyəti ölkə rəhbərliyinə təşəkürünü bildirməklə yanaşı perspektivdə duran görülməli olan işlərdən danışdı. Qəsəbə ağsaqqaları yaşayış massivindəki mədəni abidələrin yenidən bərpası və onların əhalinin istifadəsinə verilməsi, elektrik xətlərində yaranan problemlərini dilə gətirdilər. Rayon rəhbəri olaraq İradə Gülməmmədova öz növbəsində iclasda iştirak edən qurum rəhbərlərini qaldıraraq əhalini maraqlandıran məsələlərə aydınlıq gətirilməsini tələb etdi. Və əlavə olaraq hər bir qurum rəhbərinə, o cümlədən bələdiyyə və icra nümayəndəsinə göstəriş verərək əhalinin problemlərini təxirə salmadan həl edilməsi tələbini qarşıya qoydu. İ.Gülməmmədova çıxışı zamanı qeyd etdi ki, qəsəbənin sosial təlabatlarının ödənilməsi üçün yeni qaz xəttinin çəkilməsi ilə yanaşı telefonlaşma da tezliklə başa çatdırılacaqdır. İcra başçısı çıxışında bildirdi ki, əl birliyi ilə qəsəbənin günü-gündən çiçəklənməsi üçün əlimizdən gələni edərək qəsəbəmizin abadlaşmasına nail olacağıq. Sonda xanım başçı çıxışında Bələdiyyə sədrinə tapşırıq verərək əhalinin istirahət etməsi üçün yeni istirahət parkının yaradılmasının zəruri olduğunu ifadə etdi.
Azia.az

İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada
İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada
İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada
İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada
İcra başçısı Qobu qəsəbəsində, sakinlərlə bir arada


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi