azia.az
azia.az

“Adam” filminin istehsalatı başa çatdı

12-08-2018, 11:44


Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətininin birgə istehsalı olan “Adam” filminin istehsalatı başa çatıb. Film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir ki, tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Musavat.com-a verilən məlumata görə, quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Ali Araz (Alfeka), icraçı prodüsseri Fuad Cəfərov olan “Adam” filminin çəkilişləri Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

“Adam” filminin müxtəlif festivallarda nümayişi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi