azia.az
azia.az

Məşhur aparıcı azərbaycanlı qızlardan şikayətləndi

24-02-2016, 11:13

Məşhur aparıcı azərbaycanlı qızlardan şikayətləndi Kseniya Borodina Sabina adlı xanımın onu cana yığdığını deyir.

Məşhur rusiyalı aparıcı Kseniya Borodina onu sosial şəbəkədə təqib edən bakılı qızlardan şikayətlənib. Aparıcı naməlum Bakı sakininin bir ildir ki, onu təqib etdiyini, tanışlarına mesajlar yazdığını və əleyhinə dəlil toplamağa çalışdığını bildirib.
“Bu qadın ömrünün bir ilini bizə həsr edib. O, müntəzəm olaraq, məni, həyat yoldaşımı, mənim övladımı, bir sözlə, mənə doğma olan hər kəsi təhqir edir. Səbinə adlı bu qadın ətrafına bir qrup toplayaraq hərə kəsə təlqin etməyə çalışır ki, mənim ailəm saxtadır. Bu qadın məni bütün hamiləliyim boyunca “cana yığdı”. Mənə çox maraqlıdır, o qadının həyat yoldaşı nə düşünür, görəsən?! Onun həyat yoldaşının əməllərindən ümumiyyətlə xəbəri varmı?! Bu qadın gecə-gündüz yaratdığı çirkin qrup ilə birgə mənim tərəfimdən bir vaxtlar qara siyahıya salınmış insanlara mesajlar yazır, onları da mənə qarşı qaldırır”, - deyə aparıcı Rusiya telekanalına verdiyi müsahibədə bildirib.
“Siz deyə bilərsiniz ki, bu cür insanlara fikir verməyim. Lakin mən istəyirəm ki, Qafqazda yaşayan bu qadın öz əməllərindən bir damcı da olsa utansın, görsün ki, o, nələr edib. Mənim Azərbaycanda çoxlu dost-tanışlarım var və onların hamısı hörmətə layiq insanlardır”, - deyə Borodina əlavə edib.
1983-cü ildə Moskvada anadan olan aparıcı həm də aktrisalıq və DJ-liklə məşğuldur. İlk dəfə 2008-ci ildə Yuri Budaqov adlı biznesmenlə ailə həyatı quran Kseniya 2011–ci ildə ondan ayrılmağa qərar verib. Aparıcı ikinci dəfə 2015-ci ildə Qurban Omarov adlı biznesmenlə ailə qurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi