azia.az
azia.az

Astronavtlar açıq kosmosa çıxdılar

13-05-2017, 12:06

Astronavtlar açıq kosmosa çıxdılar


Beynəlxalq Kosmik Stansiyanın astronavtları açıq kosmosa çıxıblar.

azia.az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, amerikalı astronavt Peqqi Uitson və Cek Fişer həftənin cümə günü açıq kosmosa çıxma əməliyyatını həyata keçiriblər.

Bu barədə NASA-nın saytında məlumat yerləşdirilib.

Kosmonavtlar stansiyanın ətrafına yüksək keyfiyyətli kamera və simsiz antenalar quraşdırıblar, bir sıra tapşırıqları yerinə yetiriblər.

Bu sayca 200-cü çıxış idi və 4 saat 13 dəqiqə davam edib. Əməliyyata fransız astronavt Tom Peske kömək edib. Əvvəlcə bəzi problemlər olsa da, əməliyyat uğurlu alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi