azia.az
azia.az

Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?

3-07-2016, 04:02

Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi? NASA-nın Marsda fəaliyyətini davam etdirən kosmik gəmisi “Curiosity”nin yerə göndərdiyi fotolardakı bəzi qəribə məqamlar diqqəti cəlb edir.

İKT.lent.az-ın xəbərinə görə, fotolardan bəzilərini yaxınlaşdırıb, onlara diqqətlə baxdıqda heyvanlara, müxtəlif işarələrə və əşyalara, hətta insana bənzəyən siluetlər görmək olur. Məsələn, fotolarda timsaha, balığa, iquanaya, çox bənzəyən təsvirlər, ürək işarələri var. Fotoların birində isə qadın silueti görünür. Mars səthində tabuta çox oxşayan əşya da gözə dəyir.

NASA alimləri bunların qırmızı planetdəki relyefin bir parçası olduğunu bildirsələr də, bir çox insan NASA-nın həqiqətləri gizlətdiyini düşünür.

Qeyd edək ki, “Curiosity” roveri 2011-ci il noyabrın 26-da Marsa göndərilib. Aparat 2012-ci il avqustun 6-da Marsa enib.

Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?Marsdan sirli fotolar: NASA həqiqətləri gizlədirmi?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi