azia.az
azia.az

11 ayda 3 uşaq dünyaya gətirdi - FOTOLAR

27-02-2017, 15:43

11 ayda 3 uşaq dünyaya gətirdi - FOTOLAR


Sevgili olduqdan 14 ay sonra 3 uşaqlarının olacağı Eliza və Benin ağıllarına da gəlməzdi.

Vətəndaş nikahında yaşamağa başlayandan 3 ay sonra Eliza hamilə qalır. Hamiləlik xəbəri sürpriz olsa da, cütlük gözəl ailələri olmaları xəyalını qururlar. Övladları olacağı xəbəri onları çox sevindirir.

Cütlüyün qız övladı dünyaya gəlir. Adını Çarlie qoyurlar. Eliza ana olmağın çətinliklərini yaşayır. Yuxusuz gecələr, yorğunluq... Lakin 6 həftə sonra cütlük gözlənilməz xəbər alır. 27 yaşlı Eliza yenidən hamilə olduğunu öyrənir. Əsl sürprizlə isə cütlük xəstəxanada qarşılaşır. Onların əkiz övladları olacaqdı.

Hazırda Eliza və Benin böyük qızının 1 yaşı var. Əkizlər isə 8 həftəlikdir. Cütlük gündə 20, həftədə 140 bez dəyişdirdiklərini söyləyirlər. Eliza üçün ən çətin məqam uşaqları əmizdirməkdir. Əkizləri əmizdirərkən kiçik Charlie ilə bir az problem yaşanır.

Onlar sevinclə yanaşı məsuliyyət və həyəcan yaşayırlar. Ancaq ailələrinin böyüməsi onları xoşbəxt edir. Məşhur ailənin fotolarını təqdim edirik. (Aile.lent.az)

11 ayda 3 uşaq dünyaya gətirdi - FOTOLAR
11 ayda 3 uşaq dünyaya gətirdi - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi