Nazir Berlindəki oteldə ölü tapıldı
Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri və “Azad Seçicilər” Partiyasının sədri Hubert Ayvanger vəfat edib.
Xəbər verilir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, Ayvanger həmin gün partiyasının Berlində təşkil olunan tədbirində iştirak etməli olsa da, səhhətində yaranan problemlə əlaqədar tədbirə qatılmayıb.
Almaniyanın “Tagesspiegel” nəşrinin yazdığına görə, ilkin araşdırmalar zamanı hadisədə kənar müdaxilə əlamətləri aşkarlanmayıb. Siyasətçinin ölümünün sağlamlıq problemləri ilə əlaqəli olduğu ehtimal edilir. Bununla belə, ölümün dəqiq səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 1971-ci il yanvarın 26-da anadan olan Hubert Ayvanger 2018-ci ildən Bavariyanın iqtisadiyyat, regional inkişaf və energetika naziri, eləcə də əyalətin baş nazirinin müavini vəzifələrini icra edirdi. O, Almaniyanın “Azad Seçicilər” Partiyasının tanınmış siyasi simalarından biri idi.
Altay