azia.az
azia.az

Məcburi köçkün qadınlarla evlənən kişilərə bu hüquq veriləcək

Bu gün, 21:18

İşğaldan sonra həyat yoldaşının qeydiyyatına düşən kişilərə də məcburi köçkün statusu veriləcək.

Xəbər verilir ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra arvadının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişilərə də “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev qərar imzalayıb.

Qeyd edək ki, indiyə kimi təkcə məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi