azia.az
azia.az

İlhamiyyə Rza: “Niyə heyrətləndiniz?”

14-11-2016, 09:54

İlhamiyyə Rza: “Niyə heyrətləndiniz?”
Tanınmış telejurnalist İlhamiyyə Rza hazırda xəbər məkanımızda hadisəyə çevrilən, Xoşqədəm Hidayətqızı barədə yayılan video-parçaya münasibət bildirib

Musavat.com həmin münasibətin ictimailəşməsini mühüm hesab edir. Zira, bu, bir peşəkarın, bilgə adamın fikirləridir.

İlhamiyyə Rza yazır: “İnsan taleləri üzərində şoular etməyin etikadan uzaq olduğunu dəfələrlə müsahibələrimdə desəm də, gecə vaxtı məndən münasibət gözləyən və tələb edənlərə fikrimi bildirim: mən təəccüblənmədim. Nədən ki, sizin kadrarxası görüntülərdən anladığınız mətləblər, arxada olmayan kadrların özündən də zatən görünürdü. Nədən heyrətləndiniz ki? Yəni bilmirdiniz? Axı dəfələrlə müzakirə olunub bu məsələ. Eyni formatda yayımlanan bütün verilişlər, kanaldan asılı olmayaraq, bu cür hazırlanır. Xoşqədəm bəyəm təkdir? Bəs o biriləri? Gəlin, tendensiyanı pisləyək.

Bu, Xoşqədəmin icadı və orijinal məhsulu deyil. Odur ki, fərdləri deyil, yayım siyasətinə bu cür iyrənc duyğu istismarını daxil edən, bunu məqbul sayan televiziya sahiblərindən danışaq. Bu, onların sifarişiylə həyata keçirilir. "Bizə reytinq (oxu: pul) lazımdır. Vəssalam. Efirdə nə edirsən, et, reytinq olsun", dəyərləri ilə yaşayan tv rəhbərləri üçün bu hal çox normaldır. Bu cür videoları, kompromatları isə istənilən eyni tipli verilişlərin "sıroy" materiallarında çətinlik çəkmədən tapmaq olar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi