azia.az
azia.az

MN: Yayılan xəbərlər həqiqətə uyğun deyil

31-08-2016, 10:37

MN: Yayılan xəbərlər həqiqətə uyğun deyil
Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.

Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi