azia.az
azia.az

"iPhone"da bunu heç vaxt etməyin!

24-03-2020, 03:06

"iPhone"da bunu heç vaxt etməyin! Dünyanın ən çox satılan telefonlarından olan "iPhone" modellərində yeni səhv aşkarlanıb.
"Apple" brendindən olan telefonunuzda tarixi 1970-ci il 1 yanvar-a təyin etməyin.
Əgər telefonunuzda səhvən və ya bilərəkdən tarix olaraq 1 yanvar 1970-ci il seçilsə, "iPhone" 5s, "iPad air", "iPad" mini 3 və digər yenilənmiş "Apple" texnologiyaları bağlanaraq istifadəyə yararsız olacaq.
Bu səhv amerikalı tələbə tərəfindən tapılıb. O, müxtəlif yollarla telefonu işə salmağa çalışsa da, onun bu cəhdləri uğursuz alınıb. Mövcud vəziyyətdə əlacsız qalan müştəri "Apple" şirkətinə müraciət edib. Şirkət belə bir hal ilə ilk dəfə qarşılaşdığını qeyd edərək, telefonu yenisi ilə əvəzləyib.
Qeyd edək ki, "Apple"in köhnə modellərindən olan "iPhone" 5-də isə bu hal baş vermir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi