azia.az
azia.az

Alimlər “mini beyin” icad etdilər

18-10-2019, 12:13

 Alimlər “mini beyin” icad etdilər ABŞ-ın ən keyfiyyətli təhsil ocaqlarından sayılan Con Hopkins Universitetində aparılan araşdırmanın nəticələri elm dünyasının gündəmini zəbt edib. Universitetin "Bloomberg School of Public Health" departamenti tərəfindən "mini insan beyinləri" hazırlanıb.
350 mikrometr (1 mikrometr millimetrin mində biri deməkdir) ölçüsü olan mini beyinlər bir çox cəhəti ilə təbii pluripotent kök hüceyrələrə bənzəyən indekslənmiş kök hüceyrələrdən (iPSCs) təşkil olunub.
"Zaman Azərbaycan" bildirir ki, araşdırmanın rəhbəri Tomas Hartunq mini beyinlərin qısa müddətdə yeni dərmanların təcrübədən keçirilməsində mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, heyvanlar üzərində yoxlanılan hər 100 yeni dərmandan 95-nin istifadəsinə icazə verilsə də, daha sonra onun insan orqanizmində bir sıra problemlərə yol açdığı məlum olub. Lakin sözügedən mini beyinlər yeni dərmanların insan üzərində təsirini daha dəqiq müəyyən etmək baxımından əhəmiyyətli nailiyyətdir.
Hartunq mini beyinlər sayəsində altsaymer və parkinson xəstəliklərinin yaxından təhlil ediləcəyini vurğulayıb.
Qeyd edək ki, laboratoriyada hazırlanan mini beyinlər olduqca kiçikdir. Hətta, ölçüsü milçəyin gözü böyüklükdədir. Hartunqun sözlərinə görə, laboratoriyada eyni anda yüz ədəd hazırlanan beyinlər ilk olmasa da, daha dəqiqliklə standartlaşmış olanıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi