azia.az
azia.az

“WhatsApp” çoxdan gözlənilən funksiyanı işə salır

6-11-2020, 13:09

“WhatsApp” çoxdan gözlənilən funksiyanı işə salır

“WhatsApp” tətbiqi yeddi gündən sonra mesajların itməsi ilə bağlı rejimi işə salıb.

Azia.Az-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib.

“WhatsApp” mesajları adətən telefonlarımızda əbədi olaraq qalır. Sevdiklərimizin və dostlarımızın xatirələri bizim üçün çox vacib olsa da, göndərdiyimiz mesajların çoxu o qədər də önəmli deyil. Bu səbəbdən “WhatsApp”da “yoxa çıxan mesajlar” rejimini sizə təqdim etməkdən məmnunuq”, - deyə məlumatda vurğulanıb.

Bildirilir ki, rejim işə salındıqda, çatdakı yeni mesajlar yeddi gündən sonra yox olacaq.

Şəxsi çatda hər kəs yoxa çıxan mesajları aktivləşdirə və ya söndürə bilər. Qrup söhbətlərində bunu admin edə bilər.

“Biz yeddi gün aralığı təyin etdik, çünki bunu optimal hesab edirik... Bir neçə gün əvvəl etdiyiniz alış-veriş siyahısı və ya mağaza ünvanı zəruri olduğu müddətdə əlinizdə olacaq, sonra isə yoxa çıxacaq”, - deyə mesajda izah edilib.

Yeni rejim bu ay ərzində dünyanın hər yerindəki “WhatsApp” istifadəçiləri üçün əlçatan olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi