azia.az
azia.az

Portuqaliyada 3 günlük matəm elan olundu: meşə yanğınları 62 can aldı, Yenilənib

18-06-2017, 19:50

Portuqaliyada 3 günlük matəm elan olundu: meşə yanğınları 62 can aldı, Yenilənib


Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın dövlət katibi Xorxe Qomes məlumat verib.
Onun sözlərinə görə, Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.
Qeyd edək ki, son məlumatlara əsasən ölkənin mərkəzi hissəsində meşə yanğınları nəticəsində 62 nəfər ölüb, 54 nəfər xəsarət alıb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki, mümkün olmayıb.

14:08

Portuqaliyada meşə yanğınlarının qurbanların sayı 57 nəfərə çatıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu haqda Publico nəşri xəbər verir.

Portuqaliyanın daxili işlər üzrə dövlət katibi Xorxe Qomesin sözlərinə görə 57 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Daha əvvəl 39 nəfərin həlak olması barədə xəbər verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi