azia.az
azia.az

Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ

14-06-2017, 18:06

Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ



“Azərbaycan güclü xalqdır və güclü də ordumuz var”

Son illər Azərbaycanda ənənəvi idman növləri ilə yanaşı Şərq döyüş növləri də inkişaf edərək öz əhatə dairəsini, pərəstişkarlarının sayını artırır. Belə idman növlərindən biri də Türk döyüş növü sayılan Alqaputdur. Artıq paytaxtla yanaşı regionlarda da Alqaput idman növünə maraq artır və bu idmanla məşğul olanların sayı artmağa başlayır. Azərbaycan Alqaput Federasiyasının Prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, gənc alim Aqil Acalov saytımızamüsahibəsi zamanı Alqaput idman növünə marağın artmasını türklərin döyüşkən olması, öz Vətəni, torpağı uğrunda yorulmadan mübarizə aparması ilə əlaqələndirib. O, bildirib ki, bəşəriyyət boyu ən çox imperiya quran məhz türklər olub.

Federasiya rəhbərinin sözlərinə görə, Azəbaycan xalqı hər zaman, tarix boyu döyüşən mərd xalq olub. Ölkəmizin sürətli inkişaf dövrü keçdiyini deyən Aqil Acalov əldə edilən nailiyyətlər və qazanılan uğurların Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi, Azərbaycan Ordusunun hərbi qüdrətinin artmasına da müsbət təsir göstərdiyini diqqətə çatdırıb: "Bu gün Azərbaycan inkişaf edir. Bu inkişaf Silahlı Qüvvələrdə özünü göstərir. Bu bir reallıqdır ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusudur. Heç şübhəsiz ki, bu da Ali Baş Komandan, Cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Bu gün sevindirici hal ondan ibarətdir ki, Ali Baş Komandan İlham Əliyev kimi güclü liderimiz var”. Aqil Acalov son vaxtlar hərbi xidmətdə qulluq edən bəzi şəxslərin Vətənə xəyanət yolunu tutmasına da toxunub və bildirib ki, bu cür şərəfsizlərə görə Azərbaycan ordusu ləkələnə bilməz: "Azərbaycan güclü xalqdır və güclü də ordumuz var. Bu gün mən də daxil olmaqla hər kəs bu uğurlara görə prezidentə təşəkkür edir və ona böyük inam hissi ilə yanaşır”.

Federasiya rəhbəri onu da diqqətə çatdırıb ki, Azərbaycan ordusu nizam- intizamına görə hər zaman seçilib: "Çünki bizim Mübariz İbrahimov kimi igid oğullarımız olub. Keçən ilin aprel ayında baş verənlər bunu bir daha təsdiqlədi. Mən inanıram ki, Azərbaycan ordusu düşmən tapdağında olan torpaqlarımızı tezliklə azad edəcək. Bizi kimsə sarsılda bilməz. Çünki biz güclü xalqıq”.

Nuranə Abdullayeva

azia.az


Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ
Aqil Acalov: Bizi kimsə sarsılda bilməz- MÜSAHİBƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi