Məlum olduğu kimi, 5 mart 2015-ci i tarixdə ölkəmizdə Bədən tərbiyəsi və İdman günü qeyd olundu. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Təbii ki, ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Buna görə də 2012-ci il dövlət başçımız tərəfindən “İdman ili” kimi elan edilmişdi.
Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub... Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. Və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi...
Azərbaycanın bütün bölgələrində, o cümlədən İsmayıllı rayonunda da 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbirlər keçirilmişdir. İsmayıllı rayon Gənclər və İdman idarəsi bu əlamətdar günlə əlaqəda məktəblilər və tələbələr arasında bir neçə idman növü üzrə yarışlar keçirmişdir. Yarış qalibləri 5 mart - Bədən Tərbiyəsi və İdman günündə İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən təltif edilib. Həmçinin bu əlamətdar gündə ismayıllı Rayon Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov da mükafatlandırılıb.(BakuNews)Cənab nazirin imzası ilə təsdiq olunmuş mükafatın isə ona hansı idman uğurlarına görə təqdim olunduğu şübhə doğurur. Ən azından, T.Hümbətovun saxta diplomlu olduğunu bilirik. Dövləti aldadan bir şəxsin dövlət miqyasında mükafatlandırılmasının özü hardasa müəmmaya zəmin yaradır. Bu müəmma çoxları üçün gülüş yaratsa da, bizi təəccübləndirir. Belə çıxır ki, hər kəs dövləti aldatmaq üçün cəhdlər edə bilər və buna nail olduqda, kimsə ona «gözün üstə qaşın var» deməyəcək? Elə deyilmədiyi üçündür ki, T.Hümbətov hələ də saxta diplomla İsmayıllı Olimpiya İdman Kompleksinə rəhbərlik edir
RUBRİKA.AZ