azia.az
azia.az

ABŞ-dan Suriyada yeni qətliam: Yüzdən çox mülki vətəndaş öldürülüb

26-05-2017, 18:47

ABŞ-dan Suriyada yeni qətliam: Yüzdən çox mülki vətəndaş öldürülüb


ABŞ rəhbərliyi altında beynəlxalq koalisiya, Suriyanın Mayadeen şəhərində 100-dən çox insanı qətlə yetirdi.

azia.az bildirir ki, qırğın, Fransız xəbər agentliyi AFP tərəfindən "DEAŞlıların qohumları öldürüldü" şəklində verilib.
Hücumda ilk təyin etmələrə görə 42-si uşaq, qalanın da çoxu qadın olmaqla 106 mülki vətəndaş qətlə yetirildi.
Digər tərəfdən, qətliamın xəbərini yayımlayan Fransız AFP xəbər agentliyi, bir qalmaqala imza atdı. AFP, öldürülən mülki vətəndaşlar üçün "DEAŞ-lıların qohumları öldürülüb" - deyə yazdı

Xatırladaq ki, ABŞ ordusu, keçdiyimiz Mart ayında da Hələb yaxınlığında bir məscidi və vətəndaşların sığındığı bir bina vurmuş, iki qırğında 300dən çox mülki vətəndaş həyatını itirmişdi.
Mənbə "Haberler.com"
Nargül Qələndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi